«
Allaha verdikləri vədə xilaf çıxdıqlarına görə, Allah da
onların ürəklərinə qovuşacaqları qiyamət gününə qədər
nifaq saldı
». «İbrahim» surəsinin 27-ci
ayəsində isə belə
deyilir: «
Allah iman gətirənləri dünyada və axirətdə
möhkəm bir sözlə sabit qədəm edər. Allah zalımları
yolundan azdırar
».
İnsanın öz əməlindən doğan bu pis nəticə, onun iradə
azadlığına qətiyyən zidd deyildir. Məsələn, spirtli içki içən
insan anlamalıdır ki, ağlı başından çıxacaq və üzünə cinayət
qapıları açılacaq. Məsələn, adam öldürəcək. Bu şəxs sərxoş
olduğunu bəhanə gətirib,
adam öldürmək fikirində
olmadığını iddia etsə də, məsuliyyətdən qaça bilməz.
Allah-təalanın bir insanı doğru yola yönəldib, o birini
zəlalətə salmasının
əsil səbəbi, həmin insanların əvvəlki
xeyir və ya şər əməllərində axtarılmalıdır.
Sual 8:
Nə üçün insanlar fərqli doğulur?
Cavab:
Əgər Allah ədalətlidirsə, nə üçün biri istedadlı,
o biri isə istedadsız, biri gözəl, o biri isə çirkin doğulur?
İnsanların fərqli doğulmasının bir səbəbi,
ictimai və
fərdi çatışmamazlıqlarıdır. Məsələn, var-dövlətli insanların
övladları fəqirlərin övladlarına nisbətən sağlam, gözəl və
istedadlı olurlar. Cəmiyyəti varlı və kasıba bölən isə, Allah
deyildir. Amma insanlar arasındakı
fərqlərin bir hissəsi
yaranış
qanunlarından
doğur.
Əgər
insanlar
fərqləndirilməsəydilər, bir zavodun istehsal etdiyi məhsul
kimi bir-birlərinə oxşayar və həyat maraqsız olardı.
Dünyada iki tam eyni insanın olmaması gözəllik deyilmi?!
Bir şeyi də qeyd edək ki, cəmiyyət də insan orqanizmi
kimi müxtəlif əzalara ehtiyaclıdır. Kamil insanın gözə,
qulağa, dilə ehtiyacı olduğu kimi,
kamil cəmiyyət də
müxtəlif sahələrdə zövqlü və istedadlı insanlara
8
ehtiyaclıdır. Amma bu o demək deyil ki, bəstəkar yaxşı
yaşamalı,
fəhlə isə, kasıbçılıqla ömür sürməlidir. İnsanın
qəbul etdiyi qidanın enerji orqanizmin bütün üzvlərinə
paylandığı kimi, cəmiyyətin də qazancı bütün təbəqələrin
ehtiyaclırın ödəməlidir. Cəmiyyətdə memarın öz, fəhlənin
də öz iş sahəsi var. Hər bir insan Allahdan aldığı
istedad
payı qədərində də məsuliyyət daşıyır.
Dostları ilə paylaş: