oxşadırlar. «Təqva kiçik və böyük günahlardan
uzaqlıqdır», deyənlər də olub. Kiçik günahlara tez-tez yol
verən insanlara «dağlar da kiçik daşlardan düzəlir» deyə,
təqvaya çağırışlar olur. Əli (ə) buyurmuşdur: «
Təqva
bütün bağlı qapıların açarı, axirət ehtiyatı, şeytana
nökərlik və bəlalardan qurtuluş yoludur
»
1
.
Onu da qeyd edək ki, təqva müxtəlif sahələri əhatə edir.
İnsanın iqtisadi, cinsi, ictimai, siyasi məsələlərdə təqvalı
olması, bütün sahələrdə Allahdan çəkinməsi, onun kamala
yetişməsinin zəruri şərtidir.
Sual 13:
«Liqaullah» nədir?
Cavab:
Qurani-kərimdə qarşılaşdığımız kəlmələrdən
biri də, «liqaullahdır». Liqaullah,
ərəb dilindən tərcümədə
«Allahla görüş» mənasını verir. Allah-təala cism
olmadığımızdan onun adi gözlə görünməsi də,
sözsüz ki,
mümkün deyildir. Liqaullah dedikdə, qiyamət səhnəsində
Allahın qüdrətinin müşahidəsi nəzərdə tutulur. Allahın
mükafat, cəza, nemət və əzabı bu qüdrətin
təzahürlərindəndir.
Bu sözün başqa bir mənası
da zahir yox, iç gözü ilə
Allahın varlığına şahid olmaqdır. İnsan elə bir kamillik
mərtəbəsinə
çata bilər ki, Allah-təalanı sanki qəlb gözü ilə
görər və onun varlığına bir zərrə də olsun şəkki qalmaz.
Əlbəttə ki, bu hala yalnız yüksək paklıq, təqva yolu ilə
yetişmək olar. «Nəhcül-bəlağə»də oxuyuruq: «Dostlarından
biri Həzrəti Əlidən (ə) soruşdu: «Allahını görmüsənmi?».
Həzrət (ə) bu sualın cavabında buyurdu: «Görmədiyim
Allaha necə ibadət edərdim?!
Zahirdəki gözlər heç zaman
onu görməz. Yalnız iman nuru vasitəsi ilə qəlblər onu dərk
edər».
1
«Nəhcül-bəlağə».
12
Liqaullah haləti, qiyamətdə hamıya müəssər olar.
Çünki qiyamət səhnəsində Allah-təalanın qüdrəti, hətta kor
qəlbləri dirildəcək qədər aşkarlanar.
Dostları ilə paylaş: