Ayədən göründüyü kimi, Adəmə səcdə edilməsi əmri
gələn zaman, mələklərlə bir sırada dayanmış İblis
mələk
yox, cin tayfasından imiş.
O, elə təsəvvür edirdi ki, Adəmdən üstündür və o,
Adəmə yox, Adəm ona səcdə etməlidir.
Onun bu
itaətsizliyi, sadəcə bir etiraz yox, ciddi etiqad məsələsi idi.
Bir ömür ibadət etmiş, öz ibadəti sayəsində mələklər
cərgəsinə qoşulmuş İblis, öz təkəbbürü ucbatından
anlamırdı ki,
əslində Adəmə yox, Allaha səcdədən boyun
qaçırır.
Şəksiz ki, Allahın əmrinə boyun əyib,
Adəmə səcdə
edən mələklər, əslində Allaha səcdə edirdilər. İblis isə
səcdədən boyun qaçırmaqla, Allahın qəzəbinə düçar oldu.
İblisin insan övladı ilə düşmənçiliyi, bu gün də davam
etməkdədir. Adəm və onun övladlarını qiyamət gününədək
doğru yoldan azdıracağına and içmiş İblis, öz rəngarəng
vəsvəsələri ilə insanları əbədi behiştdən məhrum edir. O
heç zaman düşmən qiyafəsində gəlmir. Necə ki, Adəmi öz
andları ilə xeyirxah olduğuna inandırıb çaşdırmışdısa,
Adəm övladlarını da eyni üsulla günaha sürükləyir.
Sual 12
: Təqva nədir?
Cavab:
Qurani-kərimdə çox
təsadüf olunan sözlərdən
biri də, «təqva»dır. Allah-təala öz bəndələrini təqvalı
olmağa çağırır.
«Təqva» sözü lüğətdə özünü qorumaq, çəkinmək mə
´nasını daşıyır. Başqa sözlə təqva, insanı nəfs istəklərindən
çəkindirə biləcək daxili bir qüvvədir. Həzrəti Əli (ə)
buyurur: «
Dostları ilə paylaş: