Rəhman və Rəhim olan Allahın adı ilə


Musa dedi: "Ey Rəbbim! Sənin ən təqvalı bəndən kimdir?"



Yüklə 3,81 Mb.
səhifə396/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   392   393   394   395   396   397   398   399   ...   532
Musa dedi: "Ey Rəbbim! Sənin ən təqvalı bəndən kimdir?"

O dedi: "Daim xatırlayan, unutmayan".

Musa: "Bəs hansı bəndən daha çox doğru yoldadır?"

O: "Hidayət yoluna itaət edən".

Musa: "Hansı bəndən daha ədalətli hökm edəndir?"

O: "Özünə necə hökm kəsirsə başqalarına da elə hökm kəsən".

Musa: "Hansı bəndən daha çox elm sahibidir?"

O: "Elmdən doymayan alim. İnsanların elmini öz elminin üstünə qoyan alim".

Musa: "Hansı bəndən daha izzətlidir?"

O: "Gücü çatdığı halda bağışlayan".

Musa: "Hansı bəndən çox varlıdır?"

O: "Veriləndən razı qalan".

Musa: "Hansı bəndən çox kasıbdır?"

O: "Əlində olanı az görüb artığını istəyən"."

Peyğəmbər  dedi: "Varlı olmaq zahiri simaya görə deyil. Həqiqi varlı kimsə nəfsi varlı olandır. Allah bir bəndə üçün xeyir istədikdə onun varlılığını nəfsində, təqvasını qəlbində edər. Bir bəndəsinə şər istədikdə kasıblığı onun gözü önündə edər"332.

Əbu Səid  Peyğəmbərin  belə dediyini rəvayət edir: "Musa dedi: "Ey Rəbbim! Mənə Səni zikr etmək və Sənə dua etmək üçün bir şey öyrət". O dedi: "Ey Musa, de: Lə iləhə illəllah". Musa dedi: "Ey Rəbbim! Bütün bəndələrin bunu deyir". O dedi: "Lə iləhə illəllah – de!" Musa dedi: "Mənə məxsus edəcəyin bir şey istəyirəm". O dedi: "Ey Musa! Əgər yeddi qat göyün və yeddi qat yerin əhalisi tərəzinin bir gözünə, Lə iləhə illəllah kəlməsi isə digər gözünə qoyulsa, Lə iləhə illəllah kəlməsi ağır gələr"."333

Üzərində yazı yazılmış bir kağız parçası haqqında deyilən hədis334 bu hədisə şahidlik edir.

Ən yaxın mənada olan hədis "Sünən" kitablarında Peyğəmbərdən  rəvayət olunur: "Ən yaxşı dua Ərafatda edilən duadır. Mənim və məndən öncəki peyğəmbərlərin söylədikləri ən gözəl kəlam budur: "Lə İləhə illəllahu vahdəhu lə şərikə ləhu ləhu-l-mulku va ləhu-l-həmdu va huvə alə kulli şeyin qadir". (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və O təkdir, heç bir şəriki yoxdur. Mülk və həmd-səna Ona məxsusdur və O, hər şeyə qadirdir.)"335

Uca Allah buyurur: «63. (Ey İsrail oğulları!) Sizdən əhd-peyman aldığımızı və Tur dağını başınızın üzərinə qaldırdığımızı xatırlayın! (Biz:) “Sizə göndərdiyimizi (Tövratı) möhkəm tutun, içindəkiləri unutmayın ki, bəlkə, pis əməllərdən çəkinəsiniz” – (deyə əmr etmişdik). 64. Bundan sonra siz (əhdinizdən) döndünüz. Əgər sizə Allahın lütfü və rəhmi gəlməsəydi, əlbəttə, zərər çəkənlərdən olardınız.» (əl-Bəqərə: 63-64).

Başqa ayədə buyurulur: «171. Bir zaman dağı (Tur dağını) yerindən qoparıb onların (İsrail oğullarının) başı üstünə kölgəlik (tavan) kimi qaldırmışdıq və onlar da elə güman etmişdilər ki, dağ üstlərinə düşəcək. Onlara: “Sizə verdiyimizdən (Tövratdan) möhkəm yapışın, orada olanları yada salın ki, bəlkə, pis əməllərdən çəkinəsiniz!” – demişdik.» (əl-Əraf: 171).

İbn Abbas və başqa sələflər deyiblər: "Musa üzərində Tövrat yazılmış lövhələr ilə onların yanına gələndə onu qəbul etmələrini, əzm və qətiyyətlə onu götürməyi əmr etdi. Onlar isə dedilər: "Hələ bir orada olanları bizə anlat görək! Əgər əmr və qadağaları asan olsa qəbul edərik". Musa dedi: "Xeyr onu elə necə var elə də qəbul edin! Onlar bir neçə dəfə öz istəklərini tələb etdilər. Bu məqamda Uca Allah mələklərinə Tur dağını onların başı üzərinə qaldırmağı əmr etdi. Dağ onların başı üzərində sanki bir kölgəlik idi. Onlara deyildi ki, əgər siz bu kitabı olduğu kimi qəbul etməsəniz, dağ üzərinizə düşəcək". Onlar kitabı qəbul etdilər. Sonra onlara səcdə etmək əmri verildi və səcdə etdilər. Amma bir gözləri dağda idi. Bu günə qədər bu onların daimi əməli olaraq qalmaqdadır. Onlar deyirlər: "Əzabı bizdən uzaqlaşdıran səcdədən böyük səcdə ola bilməz"."

Uca Allah buyurur: «64. Bundan sonra siz (əhdinizdən) döndünüz.» Siz bu sarsılmaz əhdi və əzəmətli hadisəni gördükdən sonra əhdinizdən döndünüz. «Əgər sizə Allahın yazığı və rəhmi gəlməsəydi,» Sizə peyğəmbərlər və kitablar göndərməsəydi «əlbəttə, zərər çəkənlərdən olardınız.» (əl-Bəqərə: 64).




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   392   393   394   395   396   397   398   399   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin