BİRİNCİ VƏ SONUNCU AD TAYFASI
Bu rəvayət sonuncu Ad tayfasının məhvi üçün deyilə bilər.
İbn İshaq və digərləri rəvayətdə Məkkənin adını çəkirlər. Məkkə şəhəri isə İbrahim əl-Xəlildən sonra, arvadı Həcər və oğlu İsmail orada məskən saldıqdan sonra inşa edilmişdir. Bundan sonra Curhum qəbiləsi də gəlib orada məskən salmışdılar. Bu haqda qarşıda məlumat veriləcəkdir. Birinci Ad tayfası isə İbrahim əl-Xəlildən öncə yaşamışdır.
Həmçinin rəvayətdə Müaviyə ibn Bəkr və onun şeri qeyd olunur. Amma bu şer sonrakı zamanlardan yazılan şerlər kimidir. Bu sözlər əvvəlki ərəblərin sözlərinə oxşamır.
Həmçinin rəvayətdə deyilir ki, gələn buluddan od parçaları yağırdı. Birinci Ad tayfası isə dağıdıcı külək ilə həlak olmuşdular. İbn Məsud, İbn Abbas م və bir çox tabeiinlər deyirlər ki, bu soyuq və şiddətlə əsən külək idi.
﴾Allah o küləyi yeddi gecə, səkkiz gün ardı–arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər.﴿ (əl-Haqqə: 7). Onlar başı kəsilmiş ağac kötüklərinə bənzədilirlər. Çünki, külək onların hər birini havaya qaldırıb başı üstə yerə çırpırdı. Başları parça-parça olduqda, bədən başsız qalırdı. Uca Allah buyurur: ﴾Biz uzun sürən nəhs bir gündə onların üstünə uğultulu bir külək göndərdik. O, adamları kökündən qopmuş xurma kötükləri kimi qopardıb atırdı.﴿ (əl-Qəmər: 19, 20).
Kim bu hadisəyə görə dördüncü günün nəhs olduğunu anlayırsa və bu günə nəhs gün kimi baxırsa o səhv edir və Qurani Kərimə müxalif olur. Çünki Uca Allah sonrakı ayədə buyurur ki, «o uğursuz günlərdə üstlərinə vıyıltı ilə əsən bir külək göndərdik...» (Fussilət: 16). Məlum olduğu kimi, bu əzab səkkiz gün ardıcıl davam etmişdir. Əgər bu günlər öz-özlüyündə nəhs olsaydılar, o zaman həftənin yeddi gününün hamısı nəhs olardı. Bunu isə heç kəs demir. Ayədə deyilən nəhs günlər məhz onlar üçün nəhs idi.
Uca Allah buyurur: «Adın başına gələnlərdə də bir ibrət dərsi vardır. O zaman Biz onların üstünə hər şeyi qurudub məhv edən bir külək göndərmişdik.» (əz-Zariyat: 41). Yəni, bu küləkdə heç bir xeyir yox idi. Külək mücərrəd halda nə bulud gətirir, nə də ağacları tozlandırır (yəni hər külək ilə bunlar hasil olmur. (tərc.)). Belə külək məhvedicidir və onun heç bir xeyirli nəticəsi olmaz. Elə buna görə digər ayədə deyilir: «O, qarşısına çıxan heç bir şeyi buraxmır, onu sovurub külə döndərirdi.» (əz-Zariyat: 42). Yəni, onları tam yararsız bir əşyaya döndərirdi.
İki səhih kitabda İbn Abbasdan س rəvayət olunur ki, Peyğəmbər demişdir: "Mənə şərq küləyi ilə dəstək verildi106, Ad qövmü isə qərb küləyi ilə məhv olmuşdu."107
Uca Allahın bu ayəsinə gəlincə: «Ad qövmünün qardaşını (Hudu) da xatırla! Bir zaman o özündən əvvəl də, sonra da peyğəmbərlər gəlib-getmiş Əhqafda olan qövmünə belə demişdi: “Allahdan başqasına ibadət etməyin. Mən böyük günün sizə üz verəcək əzabından qorxuram!”» (əl-Əhqaf: 21). Bu ayədən də görünür ki, söhbət birinci Ad tayfasından gedir. Çünki, ayənin məzmunu Hud peyğəmbərin qövmü, yəni birinci Ad qövmü haqqında danışılan ayələrin məzmunu kimidir.
Amma bununla belə hekayədə ikinci Ad tayfasından danışıldığı da ehtimal oluna bilər. Buna Aişədən rəvayət etdiyimiz və qarşıda bir daha xatırladacağımız rəvayət dəlalət edir.
Dostları ilə paylaş: |