33. Allah Adəmi, Nuhu, İbrahimin nəslini və İmranın ailəsini aləmlər (məxluqat, insanlar, bəşər övladı) üzərində seçilmiş (üstün) etdi.
34. Onlar biri digərindən törəmiş bir nəsil idilər. Allah eşidəndir, biləndir!
35. (Ey Rəsulum!) İmranın zövcəsinin: “Ey Rəbbim, bətnimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!” – dediyini xatırla!
36. Onu (bətnindəkini) doğduğu zaman: “Ey Rəbbim! Mən qız doğdum”, – söylədi. Halbuki, Allah onun nə doğduğunu və oğlanın qız kimi olmadığını yaxşı bilirdi. (Anası) “Mən onun adını Məryəm qoydum, onu və onun nəslini məlun (daşqalaq olunmuş) Şeytandan (Şeytanın şərindən) Sənə tapşırıram” (dedi).
37. Beləliklə, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyə onu himayəyə götürdü. Zəkəriyyə hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. (Zəkəriyyə:) “Ey Məryəm, bunlar sənə haradandır?” – dedikdə, o: “Allah tərəfindəndir!” – deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər! (Ali İmran: 33-37).
Uca Allah Adəmi və onun zürriyyətinin şəriətə itaət edən pak zümrəsini seçib üstün etdiyini və onların içərisindən xüsusi olaraq «İbrahimin nəslini» üstün etdiyini buyurur. İbrahimin nəsli deyildikdə İsmail, İshaqın və onların övladları nəzərdə tutulur. Sonra Uca Allah pak və gözəl İmran ailəsini xatırladır. Burada Məryəmin atası İmrandan söhbət gedir.
Onun Davud nəslindən olması şübhəsizdir. Məryəmin atası İmran öz vaxtında İsrail oğullarına namaz qıldıran idi. Anası da ibadət edən möminlərdən idi. Cumhur alimlərin fikrincə o zamanın peyğəmbəri Zəkəriyyə Məryəmin bacısı Əşya`anın əri idi.
MƏRYƏMİN DÜNYAYA GƏLMƏSİ
Dostları ilə paylaş: |