Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları



Yüklə 409,21 Kb.
səhifə90/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   86   87   88   89   90   91   92   93   ...   137
HRM 2021 yaz semestr

1949: Zipfin ən az səy prinsipi.

Bu yolu ilk qət edənlərdən biri Harvard universitetinin filologiya professoru Corc K. Zipf olmuşdur. 1949-cu ildə o, ən az səy prinsipini ixtira etmişdir, hansı ki, Pareto prinsipinin yenidən açılmış və ətraflı əsaslandırılmış variantı idi. Zipf prinsipinə görə ehtiyatlar (insanlar, mallar, vaxt, biliklər və ya hər hansı bir məhsul mənbəyi) özünü elə təşkil edir ki, görülmüş işi minimuma endirsin, yəni istənilən ehtiyatın 20-30%-i bu ehtiyatla bağlı olan fəaliyyətin 70-80%-ni hasil edir.

Disbalansın bu dəyişilməz sxeminin təkrarlandığını nümayiş etdirmək üçün Zipf əhalinin statistikasını, filologiya sahəsini və sənaye dinamikasını nəzərdən keçirmişdir. Məsələn, o, 1931-ci ildə Filadelfiya şəhərinin 20 məhəlləsində bağlanan nigahları nəzərdən keçirmiş və göstərmişdir ki, nigahların 70%-i bir-birindən bu ərazinin 30%-indən çox olmayan hissəsində yaşayan insanlar arsında bağlanmışdır.

Yeri gəlmişkən, Zipf iş masasında həmişə səliqəsizlik olmasının elmi izahını vermişdir. O, səliqəsizliyi digər qanunla təsdiqləmişdir: əşyalar bizə onlardan istifadə etdiyimiz dərəcədə yaxın yerləşirlər. Fərasətli katibələr çoxdan başa düşüblər ki, tez-tez istifadə olunan sənədləri tikmək lazım deyil!

1951: Yuranın az, həqiqi vacib haqda qaydası və Yaponiyada iqtisadi yüksəliş.

80/20 Prinsipinin ilk təcrübi istifadəçilərindən digəri 1904-cü ildə Rumıniyada anadan olmuş amerikalı mühəndis , böyük keyfiyyət bilicisi İosif Mozes Yurandır, bu insan 1950-1990-cı illərdə keyfiyyət inqilabının başında dayanmışdır. Yuran Pareto prinsipini (və ya onun dediyi kimi, “həlledici rol oynayan az prinsipi”) məhsul keyfiyyətinin artırılması yolunun sininiminə çevirmişdir.

1924-cü ildə Yuran “Bell telefon sistem” konserninin “Vestern elektrik” istehsal şöbəsinə istehsalın təşkili mühəndisi kimi işə daxil olmuşdur. Nəticədə o, dünyada ilk keyfiyyət məsləhətçilərindən birinə çevrilmişdir.

Zay məhsul istehsalını aradan qaldırmaq, sənaye və istehlak məhsulların etibarlılığını artırmaq məqsədilə onun ağlına 80/20 Prinsipini digər statistik metodlarla birgə istifadə etmək ideyası gəlmişdir. İlk nüsxəsi 1951-ci ildə nəşr olunan “Keyfiyyətə nəzarət üzrə təlimat” kitabında Yuran 80/20 Prinsipinin dəyərlərini geniş tərif etmişdir.

XX əsrin əvvəllərində Lozan iqtisadi məktəbinin görkəmli nümayəndəsi, müasir iqtisadi nəzəriyyənin banilərindən biri hesab olunan V.Pareto (1848-1923) ehtiyatların istənilən təkrar bölgüsünün cəmiyyətdə faydanı artırmadığı, yalnız ehtiyatların optimal yerləşdirilməsi şəraitində maksimum rifaha nail olunmanın mümkünlüyü prinsipini irəli sürmüşdür.

Rifaha nail olunma ilə bağlı əsas prinsiplərdən biri olan Pareto prinsipi aşağıdakı fərziyyəyə söykənir: reallıqda çox vaxt fəaliyyətlərin 20%-i nəticənin təxminən 80%-ni təmin edir. Bu prinsip təsir edici amillər və elementlər məcmusundan qarşıya qoyulan məqsədlərə çatmaqda xüsusi əhəmiyyət kəsb edən və ona görə də yüksək prioritetə malik olanların seçilməsi üçün səmərəli üsuldur.

Bununla yanaşı iqtisad elmində Pareto qanunu da böyük əhəmiyyət kəsb edir. Bu qanun gəlirin həcmi ilə onu əldə edənlərin sayı arasındakı asılılığı göstərir. Ümumi formada bu asılılıq aşağıdakı düsturla ifadə olunur:

(1.1)
və ya

(1.2)

burada N – cəmiyyətdə gəlirləri Х-dən aşağı olmayan insanların sayı; Аm – bu bölgünün parametrləridir; m həm də Pareto əmsalı adlanır.

Geniş statistik materialların araşdırılması əsasında Pareto belə bir nəticəyə gəlmişdir ki, bu bölgünün parametrləri təqribən eynidir və müxtəlif ölkələrdə və ayrı-ayrı vaxtlarda prinsipcə fərqlənmir. Paretonun fikrincə, gəlirlərin bölgüsünü göstərən əyrinin forması insanların psixoloji xüsusiyyətlərinin bioloji paylanmasından asılıdır.

Paretonun nəzəriyyəsi rifah haqqında subyektiv nəzəriyyənin tarixində tam yeni bir yanaşma olmuşdur. Belə ki, ondan əvvəlki faydalılıq nəzəriyyəsi çərçivəsində tədqiqatlar aparan alimlər rifahı cəmiyyətin bütün fərdlər (ev təsərrüfatları) üçün ölçülə bilən kəmiyyət faydalılıqlarının məcmusu hesab edirdilər; müvafiq olaraq, resursların rifahı bu mənada maksimallaşdıran belə bölgüsü optimal sayılırdı. O dövrdə hesab edilirdi ki, xoşbəxtliyin belə tərifi bütün insanların eyni gəlir faydalılığı funksiyalarına malik olması fərziyyəsinə əsaslanır. Bu halda, əlbəttə ki, resursların optimal bölgüsü yalnız gəlirin bərabər bölünməsi zamanı əldə oluna bilər.




Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin