FƏSİL
MUSAYA VƏ İSRAİL OĞULLARINA İŞKƏNCƏ VERMƏK ÜÇÜN QİBTİLƏRİN BÖYÜKLƏRİNİN TƏHRİKİ
Beləliklə, qibtilərin biabırçı şəkildə məğlub olması hadisəsi baş verdi və onların tərəfini saxlayan sehrbazlar müsəlman oldular. Bütün bunlara baxmayaraq onlar küfrlərində, inadkarlıqlarında və haqqdan uzaq düşməkdə davam edirdilər.
Uca Allah əl-Əraf surəsində ötən hadisəni xatırlatdıqdan sonra buyurur:
127. Firon tayfasının əyan-əşrəfi dedi: “Musanı və tayfasını fitnə-fəsad törətmək, həm səni, həm də sənin ilahlarını atıb getmək üçünmü buraxacaqsan?” (Firon onlara) belə cavab verdi: “Biz onların oğullarını öldürəcək, qadınlarını isə diri saxlayacağıq. Biz onlara, mütləq, qələbə çalacağıq!”
128. Musa öz tayfasına: “Allahdan kömək diləyin və səbr edin. Yer üzü Allahındır. Bəndələrindən istədiyini onun varisi edər. Aqibət müttəqilərindir!” – dedi.
Dostları ilə paylaş: |