OTUZ BİRİNCİ DƏRS
ZƏRDÜŞTİLİK (2)
Din tarixini araşdıran tədqiqatçılar arsında qədim iranlıların peyğəmbəri olan
Zərdüşt barəsində fikir ayrılığı vardır. İlk ixtilaf tarixdə
belə bir şəxsin olub-
olmaması ilə əlaqədardır. Yəni, bu barədə qarşıya çıxan ilk sual budur ki, görəsən,
ümumiyyətlə nə vaxtsa belə bir peyğəmbər mövcud olmuşdurmu? Şübhə yoxdur ki,
Zərdüştilik mənbələri onun varlığını tərəddüd etmədən qəbul edirlər. İslami
mənbələrdə də Zərdüştiliyin eynilə Məcus dinindən ibarət olması təsdiq edilir;
Qur'ani-Kərimdə də ona toxunulmuşdur. Məhz buna əsaslanaraq qəbul etməliyik ki,
Zərdüşt bu dinin peyğəmbəri kimi həqiqi vücuda malik olmuşdur.
Başqa bir ixtilaf isə onun adı və nəsəbi ilə əlaqədardır. Zərdüşt kəlməsi bir çox
şəkillərdə, o cümlədən «zərtüşt», «zəradüşt», «zəratüşt» və «zərdhəşt» kimi
yazılmışdır. Avropalılar onun yunanca tələfüzzünü «zurratis», yaxud «zurastra»
kimi yazmışlar. Amma «zərdüşt» və «zərtüşt» daha çox yayılmış adlardandır.
Ümumiyyətlə, bu kəlmə “Qasaha”da qeyd olunduğu kimi, əslində «zərasuştar»
kəlməsindən götürülmüşdür ki, bu da sarı rəngli və ya qoca dəvələrin sahibi kimi
tərcümə olunur. Onun atası «Purvəşəb» yə'ni, “qoca at sahibi” adlı bir şəxs, anası isə
«doğdu» yə'ni, “dişi inəyi sağan” adlı bir qadın idi. O, «sepitəmə», yə'ni ağ irqə
mənsub olan sülalədən idi. Onun atası barədə qeyd olunur ki, o, sadə bir kəndli idi.
Bə'ziləri də demişlər ki, «moğ» (mubəd) olmuşdur. Amma,
onu kəndli hesab
edənlərin nəzəri zərdüştilərin mənbələri ilə uyğun olaraq, daha məşhur bir məlumat
sayılır.
Digər bir ixtilaf Zərdüştün doğum yeri və zamanı ilə əlaqədardır. Əksər
tədqiqatçıların qəbul etdiyi kimi, İran tarixi mənbələri onun Miladdan 660 il qabaq
doğulduğunu qeyd etmişlər. Halbuki, bə'zi tədqiqatçılar onun Miladdan ən azı min
il qabaq doğulduğunu söyləyirlər. Əlbəttə, onu Miladdan altı min il qabağa aid
edənlər də vardır.
Bu müxtəlifliyin əsas səbəbi bə'zi tədqiqatçıların
zərdüştlərin müqəddəs
kitablarının yazılma tarixinə istinad etmələridir. Çünki bu kitabın bə'zi hissələri,
xüsusilə “Qasaha” daha uzaq keçmişə malikdir. Bu kimi şəxslər müqəddəs kitabın
bə'zi izah və işarələrindən istifadə edərək bu ehtimalı gücləndirmişlər ki,
Zərdüştilikdə çoxlu sayda Zərdüştlər mövcud olmuşdur. Miladdan 660
il qabaq
doğulan Zərdüşt onların axrıncısı olmuşdur. Ümumiyyətlə, ən mö'təbər sənəd və
mənbələrdə Zərdüştün təvəllüd tarixinin Miladdan 660
il qabaq olduğu qeyd
edilmişdir.
Zərdüştün harada doğulması barədə də müxtəlif fikirlər söylənmişdir. Məşhur
müsəlman tarixçisi olan Təbəri qeyd edir ki, o, Fələstində doğulmuş, sonralar İrana
köçmüş və orada peyğəmbərliyə çatmışdır. Bə'zi tarixçilər də onun Əfqanıstanın
Bəlx əyalətindən olduğunu söyləyirlər;
digər bir qrupun fikrincə isə, 166
167
o, İran Azərbaycanında dünyaya göz açmışdır ki, bu dəstənin nəzəri daha mö'təbər
hesab olunur. Əlbəttə, belə bir ehtimal da verilir ki, o, Azərbaycanda doğulmuş və
İranın şərq hissəsində yerləşən Bəlx əyalətində peyğəmbərliyə seçilmişdir. Amma
Zərdüşt mənbələri onun peyğəmbərliyə seçilmə yerini Urmiyyə gölünün
yaxınlığındakı dağın zirvəsini qeyd edirlər. Buna görə də həmin gölün suyu
zərdüştlərin kitabında müqəddəs hesab edilib. Mö'təbər
mənbələrdən əldə olunan
məlumatlara əsasən, Zərdüştilik Bəlx əyalətində yayılmağa başlamış və yerli hakim
onun peyğəmbərliyinə iman gətirmişdir.
Zərdüştün təvəllüd tarixinin Miladdan 660 il əvvələ təsadüf etdiyini qeyd edən
məşhur nəzəriyyə əsasən o, Miladdan 583 il qabaq, 77 yaşında ikən Bəlxdə yerləşən
atəşgahda yerli hücumçular tərəfindən öldürülmüşdür.
Dostları ilə paylaş: