Subyektiv və Obyektiv xəbərçilik
Jurnalistika XX əsrə qədəm qoyanda faktlılıq peşəkar xəbərçiliyin göstəricisi kimi heç kimdə şübhə doğurmurdu. Reportyorlar hadisələrin şahidlərindən faktları toplayır və mənbələrə istinad edir, bir sözlə, gerçəkliyi qələmə alırdılar.
XX əsrin əvvəllərinə təsadüf edən iki hadisə jurnalistikanı çalxaladı. Bunlardan birincisi ötən əsrin əvvəllərində yaranan ictimaiyyətlə əlaqələr (public relations – PR) sahəsi, digəri isə Birinci Dünya müharibəsi idi. Hər iki hadisənin sonucu olaraq jurnalistlər eyni sualla rastlaşdılar: faktlar həmişəmi həqiqəti əks etdirir?
İctimaiyyətlə əlaqələrin bir sahə kimi inkişafı jurnalistlərin PR-ın əlində alətə çevrilmək təhlükəsini yaratdı. Belə ki, PR öz sahibinin maraqlarından çıxış edərək onu jurnalistlərlə birbaşa təmasdan qoruyur, xəbəri idarə edirdi. Birinci Dünya müharibəsinin təbliğat maşını da jurnalistikanı siyasətin alətinə çevirmişdi. Təsadüfi deyil ki, müharibədən sonra jurnalistlərə hər şey şüurlu şəkildə yaradılmış illüziya kimi gəlirdi.
Məhz belə bir şəraitdə 1930-cu illərdə jurnalistikada faktlara münasibət geniş diskussiyalara səbəb oldu. Nəticədə fakta ikili münasibət yarandı:
Dostları ilə paylaş: |